“Sabah”dan ayrılan futbolçu bölgə klubuna keçə bilər

21.05.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sabah”la müqaviləsi başa çatan İdris İnqilablı karyerasını I Liqada davam etdirə bilər.

“FutbolPress“in əldə etdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi “İmişli”yə keçə bilər. Bölgə təmsilçisi azad agent olan İdrisi heyətinə qatmağa yaxındır.

“Qəbələ”nin yetirməsi olan futbolçu daha əvvəl “Kəpəz” və “Sabah”da forma geyinib. O, ötən mövsümü “futuristlər”in əvəzedici komandasında keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью