Sabahdan ayrılan məşqçiyə AFFAda vəzifə verildi

25.11.2024

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sabah"dan ayrılan Vitali Kovalyov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) qapıçılar üzrə maarifləndirmə kursunun baş təlimatçısı təyin edilib.

Sfera.az xəbər verir ki, Kovalyov futbolçu karyerası ərzində "İnşaatçı" (Bakı), "ANS Pivani", "Neftçi", "Şəfa", "Ümid", "Qarabağ", "MKT Araz", "Standart", "Karvan" kimi komandaların şərəfini qoruyub, İranda ("Traktorsazi") və Türkiyədə ("Kartalspor") legioner həyatı yaşayıb.

Məşqçilik karyerasında məhz "Sabah"dakı fəaliyyəti ilə tanınıb. Son 6 altı ili Masazır təmsilçisində keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью