Sabahdan Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilir

30.06.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabahdan Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır.

APA-nın xəbərinə görə, bu, Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İyulun 1-dən Azərbaycanda qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью