Sabahdan Azərbaycanda yeddigünlük bayram tətili başlayır | Icma.az
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Sabahdan Azərbaycanda yeddi gün qeyri-iş günü olacaq.
"Report" xəbər verir ki, ölkədə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır.
Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq yeddi gün - 30, 31 dekabr, 1, 2, 3, 4,5 (şənbə-bazar) yanvar qeyri-iş günüdür.
Bayram tətilindən sonra ilk iş günü yanvarın 6-na təsadüf edəcək.
Bundan başqa, tətillə əlaqədar təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü beşgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 6 yanvar, altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 2025-ci ilin 4 yanvar tarixində olacaq.
Bizim Telegram kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu