Sabahdan Bakı Tehran Bakı aviareysi bərpa olunur

05.09.2025

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Azərbaycan Hava Yolları" QSC (AZAL) sentyabrın 6-dan etibarən Bakı-Tehran-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.

Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X"də yazıb.

Diplomat xatırladıb ki, sentyabrın 3-də AZAL-ın Bakı-Təbriz-Bakı marşrutu üzrə ilk birbaşa reysi həyata keçirilib: "Bu aviareys ilkin olaraq həftədə iki dəfə həyata keçiriləcək. Şənbə günündən etibarən isə AZAL-ın Bakı-Tehran-Bakı reysi də bərpa olunacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью