Sabahdan Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa ediləcək

13.11.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 14.11.2024-cü il tarixindən başlayaraq bir sıra marşrutların fəaliyyətini bərpa edir.

APA xəbər verir ki, hərəkət sxemləri bərpa edilən marşrutlar bunlardır: 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E.

Hərəkət sxemləri “Ulduz” metrostansiyasına müvəqqəti təyin edilən marşrutlar isə bunlardır: 118A, 118B, 148, 173A və 173B. Bu marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью