Sabahdan Bakıda parklanma məntəqələri bağlanır SƏBƏB

19.09.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda keçiriləcək “Formula 1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar şəhərin mərkəzi küçələrində yerləşən bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, məhdudiyyət sentyabrın 20-dən 29-dək qüvvədə olacaq.

AYNA sürücülərə müraciət edərək nəqliyyat vasitələrini park edərkən ərazilərdə quraşdırılmış parklanma nişanlarına diqqət yetirməyə çağırıb.

Sürücülərdən məhdudiyyət tətbiq olunan ərazilərdə nəqliyyat vasitələrini saxlamamaları xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью