Sabahdan Bakmil metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir Xəbər saytı Son xəbərlər və Hadisələr

29.11.2024

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalanında təmir işləri ilə əlaqədar sabahdan metronun Qırmızı və Yaşıl xətlərində qatarların hərəkət qrafiki dəyişdiriləcək.

BAKU.WS səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu səbəbdən "Bakmil" stansiyası istiqamətində və əksinə qatarların hərəkət cədvəlinə dəyişikliklər ediləcək.

İş, şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli "Bakı Metropoliteni" QSC-nin rəsmi internet səhifəsinin müvafiq bölməsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilir.

Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью