Sabahdan “Bakmil” stansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

29.11.2024

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Həzi Aslanov” stansiyasının dalanında təmir işləri ilə əlaqədar noyabr ayının 30-dan Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərində qatarların hərəkət qrafiki dəyişdiriləcək.

Bu barədə Qaynarinfo-ya "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən "Bakmil” stansiyası istiqamətində və əksinə qatarların hərəkət cədvəlinə də dəyişikliklər ediləcək.

İş, şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli "Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsinin müvafiq bölməsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilir.

Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью