Sabahdan bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu başlayır

09.12.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu dekabrın 10-da başlayacaq.

"Report" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, müraciətlərin qəbulu dekabrın 30-dək davam edəcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью