Sabahdan bəzi məktəblərdə dərslər DİSTANT formada keçiriləcək

04.06.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə iyunun 5-i və 6-da IV, VI sinifləri əhatə edəcək monitorinqin aparılması ilə əlaqədar bəzi məktəblərdə tədris distant formaya keçirilib.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, bununla bağlı məlumatlandırılma məqsədilə valideyn qruplarına xəbərdarlıq göndərilib.
Qeyd edək ki, sözügedən monitorinq ümumilikdə 300 mindən çox 4-cü və 6-cı sinif şagirdləri arasında həyata keçiriləcək. 13 552 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur. Bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil ediləcək.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью