Sabahdan bəzi yerlərdə hava yağıntılı olacaq

10.11.2024

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Noyabrın 11-i axşamdan 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью