Sabahdan bu rayonda 15 gün qaz olmayacaq

04.08.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az Milli.az-a istinadən xəbər verir ki, 1200/1020 mm-lik "Qazıməmməd-Qazax 2-ci xətt" və 1020 mm-lik "Qazax-Saquramo" magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kameraya qoşulması ilə əlaqədar avqustun 5-dən 20-i işlər başa çatanadək Şəmkir rayonunun Kür və Bayramlı QPS qaz təchizatı dayandırılacaq.

Qazın verilişi Kür qəsəbəsi, S.Vurğun, Mahmudlu, Plankənd, Xuluf, Qapanlı, Yeniabad və Bayramlı kəndlərində dayandırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью