Sabahdan bu universitetdə də TələbəPlus kartları VERİLƏCƏK

04.11.2024

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabahdan etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində “TələbəPlus” kartlarının verilməsinə başlanılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə ADPU-dan bildirilib.

Qeyd edilib ki, proses Təhsilin İnkafı Fondu və Kapital Bankla birgə sistemli şəkildə icra olunur:

“Pedaqoji Universitet bu kartların tələbələrin veriləcəyi ilk ali təhsil müəssisələrindəndir. Qeyd edək ki, vahid tələbə kartı - "TələbəPlus"la bağlı Təhsilin İnkişafı Fondu ilə ilk müqaviləni də məhz ADPU bağlayıb”.

Xatırladaq ki, bu gün Bakı Dövlət Universitetində də tələbə kartlarının verilməsinə başlanılıb (modern.az). 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью