“Sabah”dan əzmkar qələbə

09.02.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Azərbaycan Premyer Liqasının XXII turunda “Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı qonaqlar açsalar da, ev sahibləri ikinci hissədə vurduqları iki qolla matçdan əzmkar qələbə ilə ayrılıblar.

Hazırda turnir cədvəlində beşinci pillədə yer alan “Sabah” bu nəticədən sonra xallarının sayını 31-ə çatdırıb. 36 xala malik “Turan Tovuz” isə dördüncüdür.

Qeyd edək ki, XXII turun bu gün keçirilən “Şamaxı” - “Sumqayıt” matçında meydan sahibləri qələbə qazanıb - 1:0.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью