“Sabah”dan gözəl addım İdmanXəbər

18.12.2024

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sabah” FK və “Kitabevim.az” mağazalar şəbəkəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İdmanxeber.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Hədəf” Şirkətlər Qrupuna daxil olan “Xan”, “Hədəf”, “Sinkod” yayım və dağıtım şirkəti və “Kitabevim.az” kitab mağazalar şəbəkəsi tərəfindən verilmiş kitablar əsasında “Sabah” Futbol Mərkəzinin istirahət otağında komandanın üzvləri üçün kitabxana yaradılıb.

Bundan əlavə, “Sabah”ın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da kitab mağazasının bannerləri yer alacaq.

Gələcəkdə tərəflər arasında müxtəlif birgə layihələrin təşkil edilməsi də nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью