Sabahdan hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək

13.07.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, bu müddətdə sözügedən ərazilərdə fasilələrlə yağıntı olacaq.

Sinoptiklərin proqnozuna əsasən, ayrı-ayrı yerlərdə yağıntılar lokal leysan xarakteri daşıyacaq, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Məlumatda həmçinin bildirilib ki, intensiv yağıntılar səbəbindən bəzi dağ çaylarında sululuğun artması da gözlənilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью