Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Sabah” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Finlandiyanın “KuPS” kollektivini iki oyunun nəticəsinə görə məğlub edərək üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb.
İdman.Biz bununla da klub ikiqat tarixi nəticəyə imza atıb. Belə ki, Çempionlar Liqasında ilk dəfə çıxış edən klub iki təsnifat mərhələsini keçə bilib.
Bu nəticə həm də “Sabah”ın bu payız avrokuboklarda mübarizə aparması deməkdir. Çünki Çempionlar Liqasının üçüncü mərhələsində məğlub olsa belə, “Sabah” UEFA Avropa Liqasının əsas mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaq.
Bu mərhələdə də komanda uğursuzluğa düçar olsa, onda Konfrans Liqasının əsas mərhələsində çıxış edəcək. Yəni, "Sabah" klubu ilk dəfə avrokubokların əsas mərhələsində mübarizə aparacaq.