Sabahdan intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək XƏBƏRDARLIQ | Icma.az
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında dekabrın 1-i gündüzdən 3-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bəzi şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu