“Sabah”dan Laşab israrı

26.05.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah” Fransanın “Lill” klubundan Yunes Laşabı transfer etmək istəyir.

Futbolpress.az-ın məlumatına görə, “bayquşlar” bir müddətdir fransalı vingerlə danışıqlar aparır. Tərəflər arasında hələ anlaşma əldə edilməyib.

“Sabah” ötən mövsüm “Lill”in B komandasından Aaron Maludanı icarəyə götürmüş, daha sonra onun transfer hüquqlarını almışdı. “Futuristlər” Laşab üçün də bu variantı nəzərdən keçirir.

Vinger bu mövsüm “Lill”in əvəzedici komandasında 12 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью