Sabahdan məktəblilərin 17 günlük tətili BAŞLAYIR | Icma.az
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən redaktor.az-a bildirilib ki, qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.
Bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində noyabrın 23-də, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə noyabrın 25-də olacaq.
Qeyri-iş günləri istisna olmaqla, COP 29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil müəssisələrində tədris prosesi fasiləsiz davam edəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu