Sabahdan metronun “Bakmil” stansiyasında qatarların hərəkət cədvəli dəyişdirilir AZƏRTAC

29.11.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabr ayının 30-dan “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında təmir işləri ilə əlaqədar metronun Qırmızı və Yaşıl xətlərində qatarların hərəkət qrafiki dəyişdiriləcək.

QSC-dən AZƏRTAC-a bildirilib ki, buna müvafiq olaraq “Bakmil” stansiyası və əks istiqamətdə qatarların hərəkət cədvəlinə də dəyişikliklər ediləcək.

İş, şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsinin müvafiq bölməsində dərc edilir.

Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью