“Sabah”dan minimal hesablı qələbə

29.11.2024

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun gününün sonuncu matçı Masazırda baş tutub.

Bu həftə baş məşqçisini dəyişən “Sabah” “Səbail”lə qarşılaşıb. Vasili Berezutski yeni komandasında debüt edib. Paytaxt təmsilçisi rusiyalı mütəxəssisin debütündə çətin qələbəyə sevinib.

“Şamaxı” – “Kəpəz” və “Zirə” – “Sumqayıt” oyunları sabah keçiriləcək. “Neftçi” – “Qarabağ” matçı isə dekabrın 1-də baş tutacaq.

Azərbaycan Premyer Liqası
15-ci tur
29 noyabr

“Sabah” – “Səbail” 1:0
Qol: Coy Lens Mikels, 29.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью