Sabahdan ölkə ərazisində hava kəskin dəyişəcək

07.04.2025

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda qeyd edilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.
Havanın temperaturu ayın 9-dan ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью