Sabahdan paytaxtda bir sıra marşrutların fəaliyyəti bərpa ediləcək

13.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 14.11.2024-cü il tarixindən başlayaraq bir sıra marşrutların fəaliyyətini bərpa edir.

APA xəbər verir ki, hərəkət sxemləri bərpa edilən marşrutlar bunlardır: 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E nömrəli marşrutlar.

Hərəkət sxemləri “Ulduz” metrostansiyasına müvəqqəti təyin edilən marşrutlar isə bunlardır: 118A, 118B, 148, 173A və 173B nömrəli marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью