Sabahdan Qarabağa ziyarət xarakterli səfərlər müntəzəm reyslərlə əvəzlənir

28.02.2025

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


1 mart tarixindən etibarən işğaldan azad edilmiş ərazilərə müntəzəm reyslər üzrə biletləri yalnız “biletim.az” portalı üzərindən əldə etmək mümkün olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vətəndaşların işğaldan azad olunmuş ərazilərə daha rahat şəkildə səfər etmələri məqsədilə gündəlik əsasda və onların sözügedən ərazilərə səfər etdikdən sonra geridönüş vaxtlarını seçə bilmələri şərti ilə təşkil edilmiş müntəzəm şəhərlərarası reyslərin, habelə alternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq, “yolumuzqarabaga.az” portalı üzərindən ziyarət xarakterli reyslərin müntəzəm reyslərlə əvəz edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ilin yanvar ayından Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş əraziləri ziyarət etməsi məqsədilə 5 istiqamətdə (Bakı – Şuşa – Bakı, Bakı – Ağdam – Bakı, Bakı – Füzuli Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bərdə – Ağdam – Bərdə) reyslər fəaliyyətə başlayıb. Vətəndaşlar “yolumuzqarabaga.az” portalı üzərindən sözügedən reyslər üzrə bilet əldə edərək işğaldan azad edilmiş əraziləri müəyyən edilmiş saatlarda ziyarət edə biliblər.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью