Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Sabah” futbolçusu Aaron Maluda ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçini İsveçrənin “Bazel” klubuna satıb. Bu barədə Fransanın nüfuzlu “L’Equipe” nəşri məlumat yayıb.
Xəbərə görə, “bayquşlar” bu transferdən 3 milyon avro gəlir əldə edəcək. “Sabah” vaxtilə fransalı futbolçunun keçidi üçün qarşı tərəfə cəmi 250 min avro ödəmişdi.