Sabahdan Səbailə 3 cavabsız qol

17.12.2024

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Gənclər Liqasında 17-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, "Sabah"ın U-19 komandası bu turda səfərdə "Səbail"lə qarşılaşıb. "ASCO Arena"da keçirilən oyun Masazır təmsilçisinin 3:0 hesablı qələbəsi ilə nəticələnib.

Matçda qollara Babamirzə Mehdiyev (2) və Stefen Ende imza atıblar.

"Sabah" liqada bu mövsüm keçirdiyi 13 oyunun hamısından qələbə ilə ayrılıb. Komanda 39 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью