“Sabah”dan transfer rəsmi

27.06.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Klub Stiv Solvetlə 2 illik müqavilə imzalayıb.

Stiv karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.

Qvadelupa yığmasının üzvü olan Solvet, milli komandada 13 oyunda 2 qola imza atıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью