Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda TNS-i (Uels) məğlub edən “Sabah” Azərbaycanın UEFA reytinqi xallarını artırıb.
Futbolpress.az xəbər verir ki, 2:1-lik qələbə sayəsində ölkənin aktivinə 0.250 xal yazılıb. Azərbaycan 19.563 xalla reytinqdə 26-cı sıradadır.
25-ci pillədə 20.750 xalla İsrail qərarlaşıb. 27-ci sırada isə 18.313 xalla Bolqarıstan yer alıb.
Reytinqə 98.520 xalla İngiltərə başçılıq edir.