“Sabah”dan UEFA reytinqinə töhfə

08.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Sabah”ın UEFA Çempionlar Liqasında TNS-ə qalib gəlməsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.

Futbolpress.az xəbər verir ki, “Bayquşlar”ın qələbəsi 0.250 xal qazandırıb. Azərbaycan sıralamada 18.813 xalla 26-cı sıradadır.

27-ci pillədəki Serbiyanın 18.125 xalı var.

Reytinqə 98.520 xalla İngiltərə başçılıq edir.

Azərbaycan bu mövsüm avrokuboklarda 4 komanda ilə təmsil olunacaq. “Sabah” Çempionlar Liqasında, “Qarabağ” Avropa Liqasında, “Zirə” və “Neftçi” isə Konfrans Liqasında yarışacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью