Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
COP29 çərçivəsində “SABAH.HUB” İnnovasiya Mərkəzi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə təşkilatçılığı ilə “Dayanıqlı İnnovasiyalar Çağırışı” mövzusunda beynəlxalq tədbir keçirilib.
Bu tədbir iqlim texnologiyaları və təmiz texnologiyaların inkişafını dəstəkləmək, innovativ həllər vasitəsilə qlobal problemlərə yanaşma təqdim etmək məqsədini daşıyır.
Tədbirə dünyanın müxtəlif ölkələrindən 300-dən çox startap layihəsi müraciət edib və seçilən ən yaxşı komandalar COP29 çərçivəsində keçirilən tədbirdə iştirak etmək hüququ qazanıb.
Final mərhələsində 10 startap layihəsi təqdim olunub. Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf çıxış edərək şirkət
O, ekoloji problemlərin həlli istiqamətində startapların yaratdığı innovativ həllərin vacib rolunu xüsusi vurğulayıb.
“SABAH.HUB” İnnovasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı iştirakçılara tədbirin məqsədi və finala çıxmış startap layihələri haqqında ətraflı məlumat verib.
“SABAH.fund”ın həmtəsisçi baş partnyoru Abbas Kazmi müxtəlif ölkələrdə maliyyələşdirilən startaplar, onların təqdim etdiyi innovativ yeniliklər və əldə olunan nəticələr barədə çıxış edib.