“Sabah”ı gözləyən milyonlar

12.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sabah” Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” III təsnifatda Danimarka çempionu “Orhus”u mübarizədən kənarlaşdırıb (1:2, 4:0).

“Sabah” pley-offa yüksəlməklə minimum Avropa Liqasında əsas mərhələdə iştirakı təmin etdiyi üçün UEFA-dan 4.29 milyon avro qazanacaq. Qurum eyni zamanda komandalara Avroliqaya ayaqbasdı pulu olaraq 4.31 milyon avro əlavə ödəniş edəcək.

“Sabah” pley-off mərhələsində İsrailin “Hapoel” komandasını keçə bilməzsə, azı 8.6 milyon avro (16 milyon 864 min 600 manat) qazanacaq.

“Bayquşlar” ÇL-də əsas mərhələyə yüksəlsə, gəlirlər daha artacaq və azı 20.7 milyon avro (40 milyon 592 min 700 manat) vəsait əldə edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью