Sabahı Kəpəz üçün tərk edəcək

08.01.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sabah"ın futbolçusu Şakir Seyidovun "Kəpəz"ə keçmək ehtimalı yenidən gündəmə gəlib.

Sportal.az saytına verilən məlumata görə, bir müddət əvvəl "Sabah" futbolçusunun "Kəpəz"ə keçidinə razı olmamışdı və danışıqlar dondurulmuşdu.

Lakin danışıqlar yenidən bərpa edilib. Böyük ehtimalla tərəflər bu dəfə razılıq əldə etsə, Seyidov qışdan sonra "Kəpəz"də çıxış edəcək.

Seyidovun "Sabah"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью