“Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?

14.07.2026

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Meydana çıxacaq komandalar arasında “Sabah” da var. “Bank Respublika Arena”dakı ilk matçda qalib gələn “bayquşlar” “Park Holl”da növbəti mərhələyə adlamağa çalışacaq.

Komandanı səfərdə 50 azarkeş dəstəkləyəcək. Bu barədə “Football-plus.az”a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Xatırladaq ki, “Park Holl” 3000 tamaşaçı tutumuna malikdi.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью