“Sabah”ın 19 yaşlı vingeri üç cavabsız qolla qələbəni şərh etdi | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır. “Qol və məhsuldar ötürmə ilə yadda qaldığım üçün çox xoşbəxtəm”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Aaron Maluda deyib.
Fransanın “Lill” klubuna məxsus olan və icarə əsasında Bakı təmsilçisində çıxış edən 19 yaşlı vinger “bayquşlar”ın mətbuat xidmətinə açıqlama verib.
O, “Zirə”yə evdə üç cavabsız qolla qalib gəldikləri Misli Premyer Liqasının VIII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: “Turnir cədvəlindəki rəqiblərimizi irəli buraxmamalıyıq.
Ona görə ikiqat xoşbəxtəm. Bu üç xal çox vacib idi. Yaxşı nəticələr qazanmaq üçün azarkeşlərimizin dəstəyinə ehtiyacımız var.
Biz birlikdə güclüyük”. Qeyd edək ki, “Sabah” IX turda “Araz-Naxçıvan”la üz-üzə gələcək.
İdman.Biz Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu