Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
“Sabah”ın 3-cü mərhələdəki rəqibi müəyyənləşir
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Bu gün “Sabah”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.
QOL.az-ın xəbərinə görə, Azərbaycan çempionunun rəqibi “Lex” (Polşa) – “Orhus” (Danimarka) cütünün qalibi olacaq. Bu komandaların ilk görüşündə “Lex” səfərdə 4:1 hesabı ilə qələbə qazanmaqla növbəti mərhələyə yüksəlmək üçün yaxşı şans qazanıb.
Komandaların cavab qarşılaşması Poznan şəhər stadionunda keçiriləcək. Oyun bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, ÇL-də 3-cü təsnifat mərhələsinin matçları 4/5 avqust və 11 avqusta təyin edilib. “Sabah” ilk oyununu səfərdə keçirəcək.