“Sabah”ın afrikalısı hamını qabaqladı

21.10.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah” Çempionlar Liqasının III turunda “Borussiya”ya (Dortmund) uduzub – 1:2.

Futbolpress.az “Sofascore”yə istinadən xəbər verir ki, “bayquşlar”ın ümumi performansı 6.91 balla qiymətləndirilib. Rəqibdə bu əmsal isə 7.15 olub.

“Sabah”ın heyətində matçın ən yaxşı futbolçusu Eyden Makkarti olub. Görüşdə komandasının yeganə qolunu vuran afrikalı müdafiəçinin çıxışı 8.2 balla dəyərləndirilib. O, həm də matçda ən yüksək xal qazanan oyunçudur.

“Sabah”da qapıçı Stas Pokatilov isə dəyərləndirmədə ikincidir. Qolkiperin çıxışı 8 balla qiymətləndirilib.

Azərbaycan klubunda ən zəif oyun keçirən isə Stiv Solvetdir. Sarı vərəqə ilə də cəzalanan müdafiəçi 6 xal toplayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью