“Sabah”ın avrokubok səfərləri STATİSTİKA

13.07.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edən “Sabah” bu həftə I təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv sabah Uels təmsilçisi TNS ilə qarşılaşacaq. “Park Hall” stadionunda baş tutacaq görüşə saat 21:30-da start veriləcək.

“Sabah” ilk oyunda rəqibinə iki cavabsız qolla qalib gəlib.

“Bayquşlar” tarixində 8-ci dəfə avrokuboklarda səfər görüşünə çıxacaq. “Futuristlər” buna qədər 7 oyunda 3 qələbə qazanıb, 4 dəfə uduzub. Komandanın avrokuboklarda səfər görüşlərində heç-heçəsi yoxdur.

“Sabah” sonuncu dəfə ötən mövsüm Konfrans Liqasının pley-off mərhələsində Bolqarıstanda “Levski”yə minimal hesabla uduzub.

“Futuristlər”in avrokuboklarda səfər görüşləri:

RFŞ (Latviya) – Sabah 0:2
Partizan (Serbiya) – Sabah 2:0
Makkabi (Hayfa, İsrail) – Sabah 0:3
Sent-Patriks (İrlandiya) – Sabah 1:0
Çelye (Sloveniya) – Sabah 3:2
Petrokubok (Moldova) – Sabah 0:2
Levski (Bolqarıstan) – Sabah 1:0.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью