“Sabah”ın avrokuboklara vəsiqə qazanacağına inanıram” İvanoviç

13.01.2025

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Vaxtım olduqca Azərbaycan çempionatını izləyirəm”.

Bu sözləri “FutbolPress“ə açıqlamasında “Sabah”ın sabiq futbolçusu Filip İvanoviç söylədi. Hazırda Özbəkistanda “Navbahor”da çıxış edən müdafiəçi Premyer Liqa haqda fikirlərini bölüşdü:

“Çempionata baxıram. “Qarabağ” yenə rəqibsizdir. Digər klublar isə avrokuboklar uğrunda mübariz aparır”.

İvanoviç sabiq klubu “Sabah”ın avrokuboklara vəsiqə qazanacağına inandığını bildirdi:

“Sabah”da məşqçi dəyişikliyi olub. İnanıram ki, onların oyunu və nəticələri müsbətə doğru dəyişəcək. “Sabah”ın avrokuboklar üçün yarışacağına və vəsiqəni əldə edəcəyinə inanıram”.

Serbiyalı müdafiəçi Azərbaycandan tanışlarının olduğunu və burda gözəl təcrübə qazandığını əlavə etdi:

“Uzun müddət Azərbaycandan oynadım. Bu ölkədən hələ də dostlarım var və yaxşı təcrübə qazanmışam. Ayrılandan sonra hansısa klubda təklif almamışam və qayıdışım üçün variant olmayıb”.

İvanoviç 2018-2021-ci illərdə “Sabah”da çıxış edib.

Şahin Cəfərov

Əsas xəbərlər, Ölkə futbolu “Sabah”ın futbolçuları üçün əlamətdar oyun

13 Yanvar 2025, 12:44

Əsas xəbərlər, Ölkə futbolu “Şamaxı” Masazırdan əliboş döndü

12 Yanvar 2025, 18:10

Əsas xəbərlər, Premyer liqa “Sabah” üçün sınaq günü

12 Yanvar 2025, 10:40

Dünya futbolu, Əsas xəbərlər Berezutskinin yerini onunla dolduracaqlar

6 Yanvar 2025, 8:29

Əsas xəbərlər, Ölkə futbolu Onlar üçün fasilə bitdi – 3 komanda hazırlığa başladı

2 Yanvar 2025, 11:00

Əsas xəbərlər, Manşet, Müsahibə Adıgözəlov limitin ləğvini istəyir: “Belə gedişatla yüksək keyfiyyətli futbolçu

27 Dekabr 2024, 9:30

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью