futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının V turunda keçiriləcək “Sabah” – “Barselona” oyununun hakimləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı Şotlandiyadan olan referilər idarə edəcək.
Baş hakim Nikolas Uolş olacaq. Ona laynsmanlar Frensis Konnor və Deniel Makfarleyn köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.
VAR-da Endryu Dallas, AVAR-da Stiven Maklin olacaq.
Noyabrın 25-də keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də start götürəcək.