Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah” futbol klubunun baş məşqçisi Valdas Dambrauskas bildirib ki, beş yaşından kitab oxuyur və hazırda hər il 50-dən çox kitab mütaliə edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyinin rəsmi sosial media hesablarındas məlumat dərc olunub.
“Mütaliə insanın həyatını dəyişə bilər. Kitablar yeni dünyaların qapılarını açır, dünyagörüşümüzü genişləndirir və arzularımıza çatmağımıza kömək edir”, - baş məşqçi bildirib.
Qeyd olunub ki, bu gün Dambrauskas və həyat yoldaşı İnqrida Dambrauskienenin Bakı Beynəlxalq Kitab Sərgisində olub.