“Sabah”ın baş məşqçisi: “Komandaya iradım yoxdur”

13.03.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Sabah” basketbol klubu Azərbaycan Kubokunda “Neftçi”yə məğlub olub – 81:85 hesabıyla uduzub.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis matç haqda fikirlərini bölüşüb:

“Komandaya iradım yoxdur. Bacardıqlarını etdilər. Təbii ki, Endərin yoxluğu yerli oyunçu rotasiyası zamanı hiss olunurdu. Həm rotasiya, həm oyun planı baxımdan yeri görünürdü. Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir. Çünki rəqib də oyunu təhlil edib, səhvlərindən nəticə çıxarıb, daha yaxşı oynamağa çalışır. Sona kimi mübarizə apardıq. Növbəti oyunlarda yaxşı nəticə əldə etməyə çalışacağıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью