futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çexiyanın “Slaviya” klubunun Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biri də “Sabah” olacaq.
Futbolpress.az xəbər verir ki, komandanın baş məşqçisi Yindrjix Trpişovski klubun rəsmi saytına müsahibəsində “bayquşlar” və digər rəqibləri haqqında danışıb:
“Ən çox “Aston Villa”nın baş məşqçisi Unay Emeri ilə qarşılaşmağı səbirsizliklə gözləyirəm. “Sabah”ın baş məşqçisinin (Valdas Dambrauskas – red.) hekayəsini bəyənirəm. Maraqlı oyun olacaq. “Arsenal”ın baş məşqçisi Mikel Arteta ilə dördüncü dəfə qarşılaşacağıq. Həm oyunçu, həm də baş məşqçi olaraq möhtəşəm simadır”.
“Sabah” əsas mərhələdə “Barselona” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Napoli” (İtaliya) və “Slaviya” (Çexiya) ilə Bakıda, “Arsenal”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Vilyarreal” (İspaniya) və “Vikinq”lə (Norveç) səfərdə qarşılaşacaq.
Çempionlar Liqasının təqvimi hələ açıqlanmayıb.