“Sabah”ın baş məşqçisinin ÖZƏLLİYİ İdman və Biz

02.12.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah”ın yeni baş məşqçisi Vasili Berezutskinin özəlliklərindən biri məlum olub.

İdman.biz xəbər verir ki, vaxtilə Rusiya millisi və MOİK-də oynamış müdafiəçi ən şən futbolçular siyahısında yer alıb.

Bunu “Rubin”in yarımmüdafiəçisi Oleq İvanov açıqlayıb. Karyerası ərzində “Spartak”, “Ximki”, “Kuban”, “Krilya Sovetov”, “Axmat” və “Ufa, həmçinin Rusiya yığmasında oynamış 38 yaşlı veteran indiyədək komanda yoldaşı olduğu ən şən futbolçu ilə bağlı suala aydınlıq gətirib: “Birini deyə bilmərəm. Dzyuba, Vasya (Berezutski, Daku və daha 15 nəfər”.

Qeyd edək ki, Berezutski ötən həftə “Sabah”ın baş məşqçisi təyin olunub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью