“Sabah”ın basketbolçusu Avropa çempionatında çıxış edə bilər

08.07.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 iyul, AZƏRTAC

“Sabah” basketbol komandasının oyunçusu Klavs Cavars Latviya millisinin heyətində Avropa çempionatında iştirak edə bilər.

AZƏRTAC Latviya Basketbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı basketbolçunun adı yığmanın turnir üçün açıqlanan ilkin heyətinə salınıb.

Yekun heyət isə qitə çempionatına az qalmış elan olunacaq.

Qeyd edək ki, Kipr, Finlandiya, Polşa və Latviyanın birgə ev sahibliyi ilə təşkil olunacaq Avropa çempionatı bu il avqustun 27-dən sentyabrın 14-dək keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью