“Sabah”ın basketbolçusundan avrokubok REKORDU

07.11.2024

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sabah"ın basketbolçusu Klavs Kavars FİBA Avropa Kubokunda yeni rekord vurub. Sport24.az xəbər verir ki, o, buna Yunanıstanda "Marussiya"ya 71:82 hesabı ilə uduzduqları matçda nail olub.

Latviyalı oyunçu bir qarşılaşmada 8 blok etməklə tarixə düşüb. Kavars 2017-ci ildə Kervin Bristolinə ("Kataja Basket") məxsus rekordu yeniləyib. Sonuncu 7 il öncə 7 blokla ilkə imza atmışdı.

Klavs oyunda 9 xal, 13 ribaund da etməyi bacarıb. Amma buna baxmayaraq, "Sabah" turnirdə qrupdan çıxmaq imkanını itirib.

Qeyd edək ki, təmsilçimiz meydana çıxdığı 4 matçın hamısında uduzub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью