“Sabah”ın Çempionlar Liqası matçı avstriyalılara həvalə olunub

11.10.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda keçiriləcək “Sabah” – “Slaviya” matçının hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Sebastyan Qishamer olacaq. Ona yan xətt hakimləri Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Alan Kiyas, AVAR-da isə Josef Spurni çalışacaq.

Qeyd edək ki, “Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:45-də başlayacaq.

Pokatilov ehtiyatda qaldı – Qazaxıstan yenə qələbə qazana bilmədi Rəşad Eyyubov: “Bu, yaxşı nəticədir” Ruy Jorje: “Bütün aspektlərdə onlardan geri qalırıq” Millimiz Yaponiyanı məğlub etdi Millətlər Liqası: Türkiyə yenə məğlub oldu - YENİLƏNİB
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью