futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sabah” Çempionlar Liqasında 3 turdan sonra 3 xalla 25-ci sırada qərarlaşıb.
Turnirin formatına görə, ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala yüksələcək. 9-26-cı pillələrdə qərarlaşan kollektivlər isə pley-off oynayacaq.
Birinci sıradakı PSJ-nin 9, 8-ci “Barselona”nın 6 xalı var.
Bu mövsüm ötən ilə nisbətən 3 tura xal qazancları azdır. Bu isə “Sabah”ın növbəti mərhələ şanslarını artıra biləcək məqamdır.
“Bayquşlar”ın qarşıda 5 oyunu var. Rəqiblər “Barselona”, “Napoli”, “Vilyarreal”, “Vikinq” və “Arsenal”dır.
Kollektivlər arasında “Barselona” və “Arsenal” daha çətindir. Geridə qalan üç kollektivdən isə xal almaq mümkündür.
“Sabah” “Napoli” ilə Bakıda, “Vilyarreal” və “Vikinq”lə səfərdə üz-üzə gələcək. Bu üç görüşdən 4 xal qazanmaq olarsa, komanda “26-lıq”da ola bilər.
İndiki məqamda 12 komandanın 3, 4 komandanın isə 4 xalı var.
Tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasında layiqli futbol sərgiləyən “Sabah”a ümidlər böyükdür. Baş məşqçi Valdas Dambrauskas amili inamı biraz da artırır.
Xüsusilə “Borussiya”ya qarşı cəsarətli futbol nümayiş etdirən “Bayquşlar”ın müsbət nəticələr qazanmaq potensialı var. Bakıda “Napoli”ni, səfərdə “Vikinq”i büdrətmək mümkündür. Bu matçlardan 6 xal qazanılsa, təmsilçimiz böyük ehtimalla pley-offa vəsiqə qazananlar sırasında olacaq.
Ötən il “Qarabağ” 10, Norveçin “Bodo-Qlimt” və Portuqaliyanın “Benfika” klubları isə 9 xalla məhz “26-lığ”a düşməyi bacarmışdı.
Şahin Cəfərov