Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”ın rəqiblərindən olan İspaniyanın “Vilyarreal” klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın kanadalı yarımmüdafiəçisi Natan Saliba əməliyyat olunacaq.
Ötən cümə günü məşq zamanı sol topuğunun bağından zədələnən futbolçunun Madriddə cərrahi müdaxiləyə məruz qalacağı bildirilib.
Salibanın yaşıl meydanlara qayıdacağı dəqiq tarix bəlli olmasa da, onun təxminən üç ay futboldan kənarda qalacağı gözlənilir.
Yarımmüdafiəçi Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda “Sabah”a qarşı keçiriləcək görüşü buraxacaq.
Qeyd edək ki, “Vilyarreal” – “Sabah” qarşılaşması dekabrın 8-də İspaniyada baş tutacaq.
“Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər – Arda Turan amili “Qalatasaray”ın matçı hansı kanalda? - TV AFİŞA Şir axtarışı İngiltərə mətbuatında: “Qalatasaray”ın stadionuna yaxındır" Emeri: “Meydanın vəziyyəti bəhanə olmamalıdır” Emre Mordan gözlənilməz qərar: Futbola fasilə verdi